Modern.az

Prezidentdən Lukaşenkonun Abxaziyaya səfərinə ETİRAZ

Prezidentdən Lukaşenkonun Abxaziyaya səfərinə ETİRAZ

Dünya

28 Sentyabr 2022, 19:25

Gürcüstan Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfərini pisləyib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün Twitter hesabında paylaşım edib.

 

Zurabişvili səfərin beynəlxalq hüquqa zidd olduğunu bildirib. O, həmçinin bu addımın Gürcüstan və Belarus arasındakı ikitərəfli əlaqələrə mənfi təsir edəcəyini vurğulayıb.

 

Qeyd edək ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko ilk dəfə Abxaziyaya səfər edib. Lukaşenko səfəri çərçivəsində qondarma Abxaziya respublikasının “prezidenti” Aslan Bjaniya ilə görüş keçirib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq, iqtisadi-ticarət əlaqələri, eləcə də beynəlxalq məsələlər müzakirə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi