Modern.az

Ərdoğan sabah Putinlə danışıqlar aparacaq 

Ərdoğan sabah Putinlə danışıqlar aparacaq 

Dünya

28 Sentyabr 2022, 23:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə Ərdoğan “CNN Türk” və “Kanal D” telekanallarına müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, telefon danışığı sabah baş tutacaq.

 

Ərdoğan, həmçinin qeyd edib ki, Ukraynanın 4 şəhərində keçirilən qanunsuz referendum bəla gətirir.

 

"Kaş belə bir referendum keçirilməyəydi. Amma biz bütün bunları diplomatiya yolu ilə həll edə bilərdik, onlar da edə bilərdilər. Analoji vəziyyət 2014-cü ildə Krımda baş vermişdi. O zaman uğur qazana bilmədik”,- deyə Türkiyə lideri vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi