Modern.az

Zelenski Şarl Mişelə təşəkkür etdi

Zelenski Şarl Mişelə təşəkkür etdi

Dünya

29 Sentyabr 2022, 00:46

Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski “Twitter“ səhifəsində məlumat yayıb.

 

O qeyd edib ki, Aİ qeyri-qanuni “referendum”ları yekdilliklə pisləyib.

 

"Aİ-yə Ukraynaya sarsılmaz dəstəyinə görə təşəkkür edirəm. Aİ-nin cavab tədbirləri, o cümlədən sanksiyaların gücləndirilməsi müzakirə edilib”,- deyə Zelenski yazıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi