"ABŞ Ermənistanla Azərbaycan arasında gərginliyin yumşaldılması prosesində müxtəlif səviyyələrdə iştirak edir".
Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə bildirib.
"ABŞ Dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker prosesdə fəal iştirak edir. O, keçən həftə Nyu-Yorkda dövlət katibinin yanında olub, Azərbaycan və Ermanıstanla üçtərəfli görüşdə iştirak edib. Eyni zamanda Entoni Blinken də prosesdə fəal iştirak edir. O, Azərbaycan və Ermənistan liderləri, eləcə də xarici işlər nazirləri ilə təmasdadır. Biz gərginliyin azaldılması üçün müxtəlif səviyyələrdə, o cümlədən bir neçə kanal vasitəsilə məşğul oluruq”, Ned Prays deyib.