Amerika Prezidenti Co Bayden Ağ Evdə aclığa son qoyulması ilə bağlı keçirilən konfrans zamanı növbəti dəfə kobud səhvə yol verib.
Modern.az xəbər verir ki, o, İndiana Ştatının nümayəndəsi Ceki Uolorskinin ölümünü unudaraq ona səslənib. O deyib: "Ceki, sən buradasan? Ceki haradadır?.."
Xatırladaq ki, Uolorski avqustun əvvəlində iki əməkdaşı ilə birlikdə yol qəzası nəticəsində vəfat edib.
"Həqiqətən dəhşətli və utancverici bir səhvdir",- deyə Missuri Ştatının respublikaçı nümayəndəsi Vicky Hartzler Baydenin səhvinə münasibət bildirib.
Baydenin sözləri "Twitter" və digər sosial media platformalarında da sürətlə yayılıb. Bəzi sosial şəbəkə istifadəçiləri bu anı 79 yaşlı Baydenin prezident olmaq üçün zehni qabiliyyətinin olmadığına sübut kimi qəbul edib.