Modern.az

Putin Yeni il öncəsi müharibəni dayandıra bilər

Putin Yeni il öncəsi müharibəni dayandıra bilər

Dünya

29 Sentyabr 2022, 11:20

Rusiya prezidenti Vladimir Putin Yeni il qabağı elan edə bilər ki, Ukraynada "xüsusi əməliyyat" başa çatıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında dərc olunan məqalədə qeyd edilib.

Bildirilib ki, Putin bu qərarı elan edərkən Kremlin yalnız Ukraynadan qoparılaraq Rusiyaya birləşdirilən əraziləri müdafiə edəcəyini söyləyə bilər.

Türkiyəli analitik Erkan Altparmak qeyd edib ki, Qərb ölkələri Yeni ildən əvvəl Moskva ilə birbaşa dialoqa başlaya və Kiyevi danışıqlara başlamağa sövq edə bilərlər.

“Hesab edirəm ki, vəziyyətin normallaşması çox tez, yaxın iki-üç ay ərzində başlaya bilər. Hazırda Qərbin və Kiyevin hərəkətləri çox önəmlidir. İstər sülh, istərsə də qeyri-sabitlik, bu, həmişə diqqətdə saxlanılmalıdır”.

Lakin indidən Ukraynanın Putinin bu qərarı ilə razılaşacağı şübhə doğurur. Söhbət Donbass, Xerson, Zaporojye vilayətlərinin, Krım yarımadasının işğalı ilə barışmaqdan gedir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi