Modern.az

Paşinyan sərhəddəki gərginlikdən DANIŞDI

Paşinyan sərhəddəki gərginlikdən DANIŞDI

Dünya

29 Sentyabr 2022, 11:38

"Beynəlxalq müşahidəçilərin yerləşdirilməsi Ermənistan - Azərbaycan sərhədində gərginliyi aradan qaldırmağa kömək edəcək".

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. 

 

"Ermənistan-Azərbaycan sərhədində istər BMT Təhlükəsizlik Şurasının mandatı altında olsun, istər ATƏT və ya digər beynəlxalq təşkilatların müşahidə missiyası yerləşdirilməlidir", - Baş nazir bildirib. 

 

Nikol Paşinyan həmçinin bəzi ölkələrin, o cümlədən müttəfiqlərin öncədən sifariş olsa da, yüz milyonlarla dollar dəyərində silahı tədarük etməkdən imtina etdiyini deyib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi