Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O deyib ki, liderlərin telefon danışığının dəqiq vaxtı məlum deyil:
“Belə bir telefon danışığı hazırlanır, baş tutanda sizə məlumat verəcəyik”, - deyə o bildirib.
Tərəflər Ukrayna məsələsini də müzakirə edəcəklər.