Modern.az

Hulusi Akar ukraynalı nazirlə danışdı

Hulusi Akar ukraynalı nazirlə danışdı

Dünya

29 Sentyabr 2022, 21:56

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Telefon danışığı zamanı Ukrayna limanlarından taxıl daşınması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Hulusi Akar İstanbuldakı Birgə Koordinasiya Mərkəzində əməkdaşlıq və koordinasiya çərçivəsində aparılan işlərdən razılığını bildirib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi