Modern.az

Peyvənddən imtina edən 407 Kanada əsgəri ordudan qovuldu 

Peyvənddən imtina edən 407 Kanada əsgəri ordudan qovuldu 

Dünya

30 Sentyabr 2022, 00:15

Kanada Ordusunun COVID-19 peyvəndindən imtina edən hərbi qulluqçuları ordu sıralarından azad edilib.

 

Modern.az xəbər verir ki, indiyədək 407 əsgər bu səbəbdən ordudan qovulub.

 

Castin Trudeau hökumətinin 2021-ci ilin oktyabrında bütün dövlət işçilərindən iki doza COVID-19 peyvəndi tələb etmək qərarı hərbi personala da aid edilib.

 

İyun ayında bu qərar dövlət qurumlarının əksəriyyəti üçün ləğv edilsə də, hərbçilər üçün qüvvədə qalıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?