"Bu gün Yunanıstan onu təhrik edənlərin heç birini gələcəkdə yanında görməyəcək".
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlu qeyd edib ki, Yunanıstanın yanındakılara, arxasındakılara inanması özünü aldatmasıdır:
“Biz qonşuyuq, yan-yana olan 2 ölkəyik. Problemlərimizi həll etmək üçün diplomatiya yolu prioritetimizdir. Üçüncü ölkələr Türkiyə-Yunanıstan münasibətlərində iştirak etməməlidir", - Çavuşoğlu bildirib.