Modern.az

Konqres Ukraynaya 12.4 milyardlıq yardımı təsdiqlədi 

Konqres Ukraynaya 12.4 milyardlıq yardımı təsdiqlədi 

Dünya

30 Sentyabr 2022, 22:15

ABŞ Nümayəndələr Palatası Ukraynaya 12,4 milyard dollar məbləğində yardımın ayrılmasını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, palatanın üzvləri qanun layihəsinə müsbət səs veriblər.

 

Qeyd edək ki, yardım ABŞ Senatı tərəfindən dünən təsdiq edilib. Qanun qüvvəyə minməsi üçün ABŞ prezidenti Cozef Bayden tərəfindən imzalanmalıdır.

 

Yardımın 7,8 milyard dollarlıq hissəsi müdafiəyə xərclənəcək, qalanı birbaşa dövlət büdcəsinə daxil ediləcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi