Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa hazırlaşıb-hazırlaşmadığı ilə bağlı suala birbaşa cavab verməyib.
Modern.az xəbər verir ki, bu barədə ö, ölkənin İctimai Televiziyasına müsahibəsində danışıb.
Paşinyanın sözlərinə görə, təşkilat başa düşür ki, Ermənistanda KTMT ilə bağlı ictimai əhval-ruhiyyə əhəmiyyətli dəyişikliklərə məruz qalıb.
"Bir söhbət zamanı hətta deyilirdi ki, KTMT daxilində Ermənistanı itirmək qorxusu var. Amma mən belə reaksiya verdim: Ermənistanın özündə də KTMT-ni itirmək qorxusu var... Əslində bu, söz oyunu deyil”, - deyə o bildirib.
Paşinyan, həmçinin qeyd edib ki, Ermənistan KTMT-dən Azərbaycanla sərhəddə yaranmış vəziyyətlə bağlı aydın mövqe gözləyir.
Akif İsmayılov