Fransa Ukraynaya "Bastion" zirehli personal daşıyıcıları verəcək.
Modern.az xəbər verir ki, bu barədə "La Tribune" qəzeti yazıb.
Bildirilir ki, Ukraynaya "Arquus" şirkəti tərəfindən istehsal edilən 20 ədəd zirehli texnika təhvil veriləcək.
Digər Qərb ölkələri kimi, Fransa da Ukraynaya əhəmiyyətli silahlar göndərib. Rəsmi Paris Ukraynaya özüyeriyən artilleriya qurğuları verib.
Akif İsmayılov