ABŞ Ukrayna üçün nəzərdə tutulan yeni hərbi yardım paketini elan edəcək.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, növbəti təhlükəsizlik yardım paketinə dörd ədəd HİMARS raket sistemi, döyüş sursatları, minalar və minaya davamlı maşınların daxil olacağı gözlənilir.
Paketin məbləği 625 milyon dollardır. Yardımın sabah elan olunacağı gözlənilir.
Akif İsmayılov