Modern.az

İrandakı zəlzələdə yaralı sayı 500-ü keçib

İrandakı zəlzələdə yaralı sayı 500-ü keçib

Dünya

5 Oktyabr 2022, 12:13

İranın Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 600 nəfəri keçib.

 

Modern.az İran KİV-lərinə istinadən xəbər verir ki, dağıntılar altında qalanlar çıxarıldıqca, yaralıların da sayı artır.

 

Rəsmilər yaralı sayının artacağını istisna etmir:

 

"Hazırda 600 yaralı var, 130 nəfər xəstəxanlara yerləşdirilib, 50 ev tamamilə dağılıb".

 

***

09:52

 

İranın Xoy şəhərində baş verən zəlzələdə 280 nəfər yaralanıb.

 

Modern.az İran KİV-lərinə istinadən xəbər verir ki, müxtəlif bədənxəsarətləri alan şəxslər xəstəxanalara yerləşdiriliblər.

 

Eyni zamanda, yeraltı təkanlar zamanı 200-dən çox evə ziyan dəyib.

 

Qeyd edək ki, oktyabrın 5-də yerli vaxtla saat 04:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində 5,9 maqnitudalı zəlzələ olub. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.

Muxtar respublikada dağıntı və tələfat yoxdur. Zəlzələ Türkiyə, İraq və Ermənistanda da hiss edilib. Zəlzələ ocağının dərinliyi 3 kilometr təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi