İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Finlandiyanın XİN başçısı Haavisto arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, nazirlər Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Abdullahian deyib ki, İran Rusiyaya silah verməyib və verməyəcək.
“Bir sıra ölkələrin Kiyevə hərbi dəstək verməsinə baxmayaraq, biz Ukraynada müharibə aparmaq üçün Rusiyaya silah ötürməmişik”, - deyə İran XİN başçısı bildirib.
Qeyd edək ki, Ukrayna ordusu Rusiyaya məxsus İran istehsalı pilotsuz uçuş aparatlarının yarıdan çoxunu məhv etdiyini açıqlayıb.
Akif İsmayılov