Modern.az

Avropada İran səfirliyinə hücum edildi 

Avropada İran səfirliyinə hücum edildi 

Dünya

7 Oktyabr 2022, 21:59

Danimarkada İran səfirliyinə hücum edilib.

 

Modern.az xəbər verir ki, 32 yaşlı İran vətəndaşı əlində bıçaqla səfirliyin ərazisinə daxil olmağa çalışıb.

 

Polis bildirib ki, İran vətəndaşı olan şəxs səfirliyin binasına girməzdən əvvəl saxlanılıb.

 

Şübhəli şəxs şənbə günü Kopenhagen şəhər məhkəməsinə çıxarılacaq və barəsində vandalizm, zorakılıq və diplomatik statusu olan insanlara qarşı cinayətlərlə bağlı ittiham irəli sürüləcək.

 

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian də hadisəyə münasibət bildirib: “Avropanın mərkəzində diplomatik toxunulmazlığı olan bir qadın və səfirə qarşı belə hücumun baş verməsi, polisin vaxtında gəlməməsi təəssüf doğurur”.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi