Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh dialoqunu təşkil edə bilər.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bildirib.
"Tiflis danışıqlardan konkret nəticələr əldə etmək, regionumuzda sülh və sabitliyin bərqərar olması üçün qonşularımızın sakit və dinc dialoq apara biləcəyi yer olmağa hazırdır", - nazir deyib.
Darçiaşvilinin sözlərinə görə, tərəflərin görüşü istənilən vaxt və istənilən yerdə ilkin şərt olmadan keçirilə bilər.
Akif İsmayılov