Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi gələn həftə Moskvaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Agentliyin mətbuat xidmətindən bildirilib.
Səfər zamanı o, Zaporojye Atom Elektrik Stansiyasının ətrafında təhlükəsizlik zonasının yaradılması ilə bağlı məsləhətləşmələr aparacaq.
Bundan əvvəl Qrossi Kiyevdə olub və burada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.