Modern.az

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Dünya

8 Oktyabr 2022, 01:00

ABŞ-ın Nyu-York şəhərində fövqəladə vəziyyət elan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Nyu-York meri Erik Adams qərar verib.

 

Fövqəladə vəziyyətin şəhərə gələn qeyri-qanuni miqrantların böyük axını ilə əlaqədar tətbiq edildiyi bildirilir.

 

Adams Texas və Floridadan ölkəyə keçən miqrantların Nyu-Yorka dözülməz yük gətirdiyini bildirib. Təxminən 50 000 evsizin yaşadığı Nyu-Yorkdakı sığınacaqlar son bir neçə ay ərzində sərhəd bölgələrindən gələn qeyri-qanuni miqrantlarla dolub, bəzi qaçqınlar isə boş hotel və düşərgələrə yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi