Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün partladılmasını araşdırmaq üçün hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya liderinin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putin hadisə ilə bağlı Baş nazir Mixail Mişustinlə yanaşı, Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin, hüquq-mühafizə orqanlarının hesabatlarını dinləyib.
Rusiya Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin rəhbərləri hadisə yerinə gediblər.
***
Krım körpüsündə güclü yanğın olub.
Modern.az xəbər verir ki, bu barədə Krımın Rusiya tərəfindən təyin edilmiş rəhbərinin müşaviri Oleq Kryuçkov bildirib.
Regionun nəqliyyat naziri vəzifəsini icra edən Nikolay Lukaşenkonun yaydığı açıqlamaya görə, Krım körpüsünün avtomobil və dəmir yolu hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
"Avtomobil və dəmir yolu hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bərə keçidinin mümkün işə salınması üzərində iş aparılır", - deyə Lukaşenka sakinləri Krım körpüsündən istifadə etməməyə çağırıb.
Hazırda yanğının qarşısının alınması işləri aparılır.