Modern.az

Krım körpüsü hələ başlanğıcdır - Podolyak

Krım körpüsü hələ başlanğıcdır - Podolyak

Dünya

8 Oktyabr 2022, 10:27

"Krım körpüsü hələ başlanğıcdır".

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviter hesabında yazıb.

 

"Qanunsuz olan hər şey məhv edilməli, oğurlanan hər şey Ukraynaya qaytarılmalıdır",- deyə o bildirib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq çəni alışıb. Nəticədə körpüdə güclü yanğın başlayıb. Hadisə ilə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi