Ukrayna ordusu Rusiyaya məxsus daha bir helikopteri vurub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun 128-ci hücum briqadası özünün "Facebook" səhifəsində məlumat yayıb.
Briqada Rusiya ordusunun məhv edilən Ka-52 "Alliqator" helikopterinin qalıqlarının görüntülərini paylaşıb.
Qeyd edək ki, "Alliqator" Rusiya ordusunun ən müasir helikopterlərindən biridir. 16 milyon dollar dəyərində olan hava platforması kəşfiyyat, zərbə hədəf təyin etmə üçün istifadə olunur.