Modern.az

Şimali Koreya növbəti dəfə ballistik raket atdı - YENİLƏNİB

Şimali Koreya növbəti dəfə ballistik raket atdı - YENİLƏNİB

Dünya

8 Oktyabr 2022, 23:20

Şimali Koreya tərəfindən Yaponiya dənizinə doğru atılan ilk raket sualtı qayıqlardan buraxılan ballistik raketlərdir.

 

Modern.az xəbər verir ki, bu barədə NHK telekanalı Yaponiya müdafiə nazirinin müavini Tosiro İnoya istinadən məlumat yayıb.

 

Raketin növü hələ də müəyyən edilməyib və bu istiqamətdə araşdırmalar aparılır.

 

İki raket təxminən 350 km uçub, maksimum uçuş hündürlüyü təxminən 100 km olub. Raketlər eksklüziv iqtisadi zonadan kənara çıxıb.

 

Yaponiya Şimali Koreyanın raket buraxılışlarına etiraz edib. Pentaqon Şimali Koreyanın yeni raket buraxılışlarının ABŞ və müttəfiqləri üçün təhlükə yaratmadığını bildirib.

 

Sentyabrın 9-da Şimali Koreya rəsmi olaraq özünü nüvə dövləti elan edib. Şimali Koreya təkcə keçən həftə Yapon dənizinə dörd ballistik raket atıb. Pentaqon hesab edir ki, KXDR nüvə silahını sınaqdan keçirməyə hazırlaşır.

 

***

22:04

Şimali Koreya şərq sahillərinə doğru ballistik raket atıb.

 

Modern.az bildirir ki, bu barədə "Yonhap" xəbər agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.

 

Raketin təyinatı ilə bağlı ətraflı məlumat verilməyib. Ballistik raketin sınağı ABŞ və Cənubi Koreya arasında keçirilən birgə təlim ərəfəsində keçirilib. Təlimlərdə 103 min ton ağırlığında olan "USS Ronald Reagan" aviadaşıyıcısı iştirak edib. 

 

Bundan əvvəl Şimali Koreyanın atdığı raket Yaponiya üzərindən keçib.

 

Qeyd edək ki, Şimali Koreya ilin əvvəlindən bəri 25 dəfə raket sınaqdan keçirib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi