Modern.az

İçində 85 nəfərin olduğu qayıq BATDI

İçində 85 nəfərin olduğu qayıq BATDI

Dünya

8 Oktyabr 2022, 22:56

Nigeriyanın cənub-şərqindəki Anambra əyalətində qayıq batıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Qəza nəticəsində azı 10 nəfər ölüb, daha 60 nəfər itkin düşüb.

 

Məlumata görə, göyərtəsində 85 nəfərin olduğu qayıq güclü daşqınlar səbəbindən batıb.

 

Anambra əyalətinin qubernatoru Çukvuma Çarlz Soludo 10 nəfərin suda boğulduğunu açıqlayıb. Bundan başqa, axşam saatlarına kimi 15 nəfərin xilas edildiyi deyilir.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi