"Mançester Yunayted” klubunun oyunçusu Kriştiano Ronaldo klub karyerasında 700-cü qolunu vurub.
Modern.sz xəbər verir ki, portuqaliyalı hücumçu “Everton”la oyunda 44-cü dəqiqədə vurduğu qolla rekorda imza atıb.
İspaniyanın "Real Madrid" klubundakı karyerası zamanı o, qapılara 450 qol vurub. Ronaldo “Mançester Yunayted”də 144, İtaliyanın “Yuventus”unda 101, Portuqaliyanın “Sportinq” klubunda 5 dəfə rəqib qapısına yol tapıb.