Modern.az

“Sağ qalmağımıza kömək edin” – Ukrayna yardım İSTƏDİ

“Sağ qalmağımıza kömək edin” – Ukrayna yardım İSTƏDİ

Dünya

10 Oktyabr 2022, 12:04

Oktyabrın 10-da səhər saatlarında Rusiyanın raket hücumundan sonra Ukrayna beynəlxalq ictimaiyyətə müraciət edərək döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri istəyib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko "Twitter" hesabında yazıb.

 

Qeraşşenko Kiyevə təcili kömək lazım olduğunu vurğulayıb:

 

“Öldürülməyimizi izləməyin. Bu, şou deyil. Bu bizim həyatımızdır. Gecikmələr insan ölümünə səbəb olur. Bizə sağ qalmağımıza kömək edin. Qalib gəlməyimizə kömək edin”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi