Modern.az

Kuleba səfərini yarımçıq qoyub təcili Kiyevə qayıtdı

Kuleba səfərini yarımçıq qoyub təcili Kiyevə qayıtdı

10 Oktyabr 2022, 12:20

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Afrika turunu yarıda dayandıraraq təcili Kiyevə qayıdıb.

 

Modern.az xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.

 

Nazir bildirib ki, buna səbəb Rusiyanın paytaxt Kiyevə və digər vilayətlərə raket hücumudur: “Qarşı tərəfin hücumlarına cavab vermək üçün səhər saatlarından etibarən tərəfdaşlarla əlaqə saxlayıram”.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Məlumata görə, təkcə Kiyevdə 8 nəfər ölüb, 30 nəfər yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi