Modern.az

Britaniya İrana sanksiya tətbiq etdi

Britaniya İrana sanksiya tətbiq etdi

Dünya

10 Oktyabr 2022, 15:48

Böyük Britaniya hökuməti kütləvi etirazlara səbəb olan Məhsa Əmininin ölümü ilə əlaqədar İranın təhlükəsizlik qüvvələrinə sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniya Xarici İşlər Nazirliyi yayıb.

 

Məlumata görə, İran polisinin rəhbəri, briqada generalı Hüseyn Əştəri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran ordusunun elit bölmələri) tərkibində olan İran Bəsic milislərinin komandiri, əxlaq polisinin rəhbəri Qulamrza Süleymani, Mohammad Rostami və güc strukturunun özü qara siyahıya salınıb.

 

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib:

 

"Sanksiyaların tətbiqi İran hakimiyyətinə açıq siqnaldır. Biz sizi qadınlara və qızlara edilən təzyiqlərə, eləcə də öz xalqınızı dəhşətli zorakılığa məruz qoyduğunuza görə məsuliyyət altında qoyacağıq".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi