Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Bin Zayed Əl Nəhyan sabah Rusiyaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə BƏƏ-nin dövlətə məxsus WAM informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, o, Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.
Peskovun sözlərinə görə, Putin və Əl Nəhyan təkbətək formatda ikitərəfli danışıqlar olacaq.
Akif İsmayılov