Modern.az

Bayden Rusiyanın hücumlarını vəhşilik adlandırdı

Bayden Rusiyanın hücumlarını vəhşilik adlandırdı

Dünya

10 Oktyabr 2022, 20:19

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrini pisləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 

"Birləşmiş Ştatlar Rusiyanın bu gün Ukrayna ərazisinə, o cümlədən Kiyevə endirdiyi raket zərbələrini qətiyyətlə pisləyir. Bu hücumlar dinc əhalinin ölümünə və yaralanmasına səbəb olub və heç bir hərbi məqsəd daşımayan hədəflər vurulub. Bunlar bir daha Putinin Ukrayna xalqına qarşı qanunsuz müharibəsinin tam vəhşiliyini nümayiş etdirir", - deyə Bayden bildirib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi