“Azərbaycanla birlikdə TANAP-ın illik ötürmə qabiliyyətinin ikiqat artırılmasına dair işlərə başladıq”.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
Türkiyə lideri bildirib ki, TANAP illik ötürmə qabiliyyətini 16 milyard kubmetrdən 32 milyarda qaldıraraq Avropanın enerji təhlükəsizliyini təmin edəcək.