Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın Ukraynadakı qoşunlarının yeni komandanı, ordu generalı Sergey Surovikini axtarışa verib.
Modern.az xəbər verir ki, rusiyalı general Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsi (“Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd") ilə ittiham olunub.
Qeyd edək ki, Surovikin oktyabrın 8-də Ukraynadakı xüsusi əməliyyat qoşunlarının komandanı təyin edilib. O, daha öncə Tacikistanda baş vermiş silahlı münaqişədə, Çeçen müharibəsində iştirak edib. General Suriyadakı hərbi əməliyyatlara da qatılıb və buna görə 2017-ci ildə "Rusiya Qəhrəmanı" tituluna layiq görülüb.
Bundan əvvəl Ukrayna Rusiyanın sabiq prezidenti Dmitri Medvedevi və Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanı axtarışa verib.
Akif İsmayılov