Modern.az

Almaniya Ukraynaya müdafiə sistemi verəcək 

Almaniya Ukraynaya müdafiə sistemi verəcək 

Dünya

11 Oktyabr 2022, 00:27

Almaniya vəd etdiyi dörd müasir IRIS-T adlı orta mənzilli hava hücumundan müdafiə sistemlərindən birincisini yaxın günlər ərzində Ukraynaya təhvil verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristin Lambrext məlumat verib.

 

Qalan 3 sistemin daha sonra Kiyevə göndəriləcəyi bildirilib.

 

Lambrext Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə raket hücumlarını kəskin şəkildə pisləyiib.

 

"Kritik infrastruktur obyektlərinin atəşə tutulmasından ən çox əziyyət çəkən Ukrayna vətəndaşlarıdır. Rusiyanın davranışı növbəti dəfə qəbuledilməz eskalasiyadır. Bu səbəbdən Ukraynanı, xüsusən müasir hava hücumundan müdafiə sistemləri ilə mübarizəsində dəstəkləməyə davam etmək lazımdır", - deyə nazir bildirib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi