Modern.az

Fransızlar Makronu istefaya çağırdı

Fransızlar Makronu istefaya çağırdı

Dünya

11 Oktyabr 2022, 12:24

Fransanın paytaxtı Parisdə minlərlə etirazçı küçələrə axışıb.


Modern.az xəbər verir ki, etirazçılar iqtisadiyyatın pisləşməsi, səhiyyə sisteminin əlçatmaz olması və enerji qiymətlərinin artması əleyhinə şüarlar səsləndirib.
 

Böyük Britaniyanın Aİ-dən ayrılması zamanı tez-tez eşidilən “Brexit” sözü bu dəfə fransızlar tərəfindən “Frexit” kimi işlədilib. Nümayişçilər üzərində “Frexit” sözü yazılmış pankartlar açıblar. Onlar Aİ-nin Fransaya zərər vurduğunu bildirib və tez bir zamanda birlikdən çıxmağı tələb ediblər.
 

Küçələrə çıxan minlərlə fransız bütün mənfi hadisələrə görə prezident Makronu təqsirləndirib və onu istefaya səsləyiblər.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi