İngiltərənin Çester şəhərində 7 körpəni öldürməkdə və 10 körpəni öldürməyə cəhddə ittiham olunan tibb bacısı Lüsi Letbi məhkəmə qarşısına çıxarılıb.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, cəmiyyətdə geniş rezonans doğuran cinayətdə günahlandırılan tibb bacısı Lüsi Letbi ittihamları rədd edir.
Letbinin 3 dəfə bir körpəni öldürməyə çalışdığı, digər körpəni isə hava vuraraq öldürdüyü iddia edilib.
Prokuror Nick Johnson, xəstəxananın məsləhətçilərinin 18 ayda körpə ölümünün sürətlənməsindən narahat olduqlarını söyləyib.
Polis bildirib ki, araşdırma zamanı 2015-ci ilin ortalarından 2016-cı ilin ortalarına qədər iki körpənin insulinlə öldürüldüyü məlum olub.
İnsulinlə zəhərlənən digər iki körpənin isə tibb işçilərinin səyi nəticəsində xilas edildiyini deyən prokuror Conson, yenidoğulmuşlar şöbəsində kiminsə körpələri zəhərləyə biləcəyini heç kimin ağlına gətirmədiyini bildirib.
Hazırda davam edən prosesin 6 ay davam edə biləcəyi ehtimal olunur.