Modern.az

Zelenski ordu rəhbərliyini TOPLADI

Zelenski ordu rəhbərliyini TOPLADI

Dünya

11 Oktyabr 2022, 14:14

Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Silahlı Qüvvələrin Baş Qərargahının iclası keçirilib.

 

Modern.az xəbər verir ki, bunu Zelenski "Telegram" kanalında yazıb.

 

"İclas iştirakçıları cəbhə xəttindəki hazırkı durumu müzakirə ediblər. Həmçinin torpaqların işğaldan azad edilməsi ilə bağlı görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb. Toplantı zamanı eləcə də Rusiyaya raket hücumları nəticəsində yaranan dağıntıların aradan qaldırılması və mühüm infrastruktur obyektlərinin mühafizəsi gündəmdə olub", - Ukrayna lideri bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi