Belarus Avropa İttifaqının Minskdəki səfiri Dirk Şubelin akkreditasiyasını yeniləməyib.
Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə diplomat “Facebook”da yazıb.
O, 2019-cu ildən missiyaya rəhbərlik etdiyini xatırladıb:
"Üç illik səlahiyyətimdən sonra Aİ-nin Belarusdakı səfiri kimi mandatım başa çatır. Belarus hakimiyyəti vizamı və akkreditasiyamı daha bir il uzatmamaq qərarına gəlib ki, bu da mandatı yerinə yetirməyi çox çətinləşdirir. Mən bu qərardan çox təəssüflənirəm. Çünki mən Belarusda səfir kimi fəaliyyətimi davam etdirməyə hazır idim və hətta vəzifəmin son ilində Minskə qayıda biləcəyimə ümid edirdim".
Eyni zamanda o, Belarusda 1340-dan çox siyasi məhbusun olduğunu və onların dərhal və qeyd-şərtsiz azad edilməsini Aİ tələb etdiyinə diqqət çəkib.