Modern.az

Rusiya Avropa İttifaqının sərhəd missiyasına qarşı çıxdı

Rusiya Avropa İttifaqının sərhəd missiyasına qarşı çıxdı

11 Oktyabr 2022, 18:10

"Biz Avropa İttifaqının mülki missiyasına təəssüflər olsun ki, bu təşkilatın Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına mane olmaq, Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaq cəhdi kimi baxırıq".

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

 

XİN rəsmisi qeyd edib ki, Bakı ilə İrəvanın barışmasının, regionda dayanıqlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir.

 

Xatırladaq ki, Avropa İttifaqının Ermənistana missiya göndərməsi barədə razılıq Praqada əldə olunub. Bu gün Avropa İttifaqına üzv ölkələrin səfirləri Ermənistana mülki missiya göndərmək barədə razılığa gəliblər. Müvafiq qərar Siyasət və Təhlükəsizlik Komissiyasının qapalı iclasında qəbul edilib. Missiya Azərbaycanla sərhəddə yerləşdiriləcək. Məqsəd etimad yaratmaq, eləcə də sərhədlərin delimitasiyası prosesini təşviq etməkdir.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi