Modern.az

Türkiyədə güclü ZƏLZƏLƏ

Türkiyədə güclü ZƏLZƏLƏ

Dünya

11 Oktyabr 2022, 20:29

Türkiyənin Osmaniyə vilayətində 5,1 bal gücündə zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) bildirilib.

 

Məlumata görə, yerli vaxtla saat 18:48-də meydana gələn yeraltı təkanların episentri Osmaniyənin Düziçi rayonu, ocağı isə yerin yeddi kilometr dərinliyindədir.

 

Yeraltı təkanlar ölkənin Adana, Qaziantep və Hatay vilayətlərində də hiss edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi