Modern.az

Çin \"uçan avtomobil\"ini sınaqdan keçirdi - VİDEO

Çin \

11 Oktyabr 2022, 23:37

Çin şirkəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "uçan avtomobil"ini sınaqdan keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.

 

Çinin "Xpeng" adlı elektron avtomobil istehsal edən şirkəti hazırladığı X2 maşınlarını beynəlxalq bazarlara çıxarmağa çalışır.

 

Dubayda keçirilən sınaq zamanı X2 90 dəqiqə uçuş həyata keçirib.

 

Avtomobil iki nəfəri daşımaq üçün nəzərdə tutulub. Platforma səkkiz pər vasitəsilə şaquli vəziyyətdə enib qalxa bilir.

 

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi