Məşhur amerikalı aktrisa Angela Lansberi vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Aktrisa 97 yaşına beş gün qalmış dünyasını dəyişib.
Lensberi daha çox “Murder, She Wrote” serialının ulduzu kimi tanınıb. Bu ekran işində o, detektiv hekayələr yazan və polisə qatilləri tapmaqda kömək edən yazıçı Cessika Fletçer obrazını canlandırıb.
Məşhur aktrisa üç dəfə "Oskar"a, 18 dəfə "Emmi" mükafatına namizəd olub. O, altı dəfə "Qızıl Qlobus" mükafatını qazanıb.
Lansberi “Dorian Qreyin şəkli”, “Mançuriya namizədi”, “Döyüş və süpürgə”, “Nildə ölüm” və bir çox başqa filmlərdə rol alıb.
Akif İsmayılov