Modern.az

Krım körpüsünü partladanlar məlum oldu – Aralarında erməni də var

Krım körpüsünü partladanlar məlum oldu – Aralarında erməni də var

Dünya

12 Oktyabr 2022, 10:08

Rusiya Federal Təhlükəsizlik Xidməti Krım körpüsündə baş vermiş partlayışın təşkilatçısının Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov olduğunu açıqlayıb.

 

Modern.az bildirir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən (CSP) TASS-a məlumat verilib.

 

"Federal Təhlükəsizlik Xidməti İstintaq Komitəsi ilə birlikdə müəyyən edib ki, Krım körpüsündəki terror aktının təşkilatçısı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və bu qurumun rəhbəri Kirill Budanov olub", - rəsmi açıqlamada deyilir.

 

Bildirilir ki, FTX Krım körpüsündə terror aktının hazırlanmasında iştirak etmiş 12 nəfəri müəyyən edib və artıq onlardan 9-u saxlanılıb.

 

"Hazırda cinayət işi çərçivəsində hadisədə iştirak etmiş beş Rusiya, üç Ukrayna və bir Ermənistan vətəndaşı saxlanılıb", - Xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı açıqlamada qeyd olunub.

 

Məlumata əsasən, hücum üçün istifadə edilən bomba kamuflyaj edilib. Partlayıcı maddələr Odessadan Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə Krıma göndərilib.

 

Xatırladaq ki, oktyabrın 8-də Krım körpüsündə baş verən partlayışda 4 nəfər həlak olub. Faciə qurbanları partladılmış yük maşınının yanında gedən minik avtomobilinin sərnişinləri olub. Rusiya körpüdəki partlayışın terroru aktı olduğunu elan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi