Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə sabah Astana sammitində görüşəcəyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə Ərdoğan Astanada həmkarı Kasım-Jomərt Tokayevlə birgə keçirdiyi mətbuat konfransında deyib.
İki lider Ukrayna və ikitərəfli münasibətləri müzakirə edəcək.
Rusiya xarici işlər naziri Sergey Lavrov görüş barədə danışarkən Putinin ABŞ prezidenti Co Baydenlə mümkün görüşü üçün də qapını açıq qoyduğunu vurğulayıb.
Rusiyalı nazir Ukraynada nüvə silahından istifadə ediləcəyi ilə bağlı narahatlıqlara cavab olaraq, bu silahların müdafiə məqsədi daşıdığını, Moskvanın hərbi doktrinasının nüvə silahının yalnız müdafiə məqsədi ilə istifadəsinə icazə verdiyini və Vaşinqtonun nüvə gərginliyini artırdığını bildirib.