Modern.az

Putinin ərəb liderinə jesti müzakirələrə səbəb oldu

Putinin ərəb liderinə jesti müzakirələrə səbəb oldu

12 Oktyabr 2022, 18:12

Rusiya Prezidenti Vladimir Putin ötən gün - oktyabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin-Zaid əl-Nahayan ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib.

 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün təkbətək formatda keçdiyini deyib.

 

Liderlərin görüşündən sonra Putinin həmkarına jesti diqqət çəkib. Belə ki, Rusiya lideri görüş zalını tərk edərkən həmkarının üşüdüyünü görüb və öz paltosunu çıxararaq ona verib.

 

Putinin ərəb liderinə jesti maraqlı müzakirələrə səbəb olub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi