Modern.az

Zelenski Yanukoviçə sanksiya tətbiq etdi 

Zelenski Yanukoviçə sanksiya tətbiq etdi 

Dünya

12 Oktyabr 2022, 21:54

Ukrayna Prezidenti Volodimir Zelenski bəzi rusiyalı və ukraynalı siyasətçilərə, eləcə də sahibkarlara qarşı şəxsi sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, sanksiyaların tətbiqi ilə bağlı fərman Ukrayna prezidentinin rəsmi saytında dərc olunub.

 

Sanksiya siyahısına Ukraynanın eks-prezidenti Viktor Yanukoviç, rusiyalı biznesmen Oleq Deripaska, ukraynalı biznesmen Sergey Kurçenko və Ukraynanın keçmiş müdafiə naziri (Viktor Yanukoviçin prezidentliyi dövründə) Pavel Lebedev daxildir.

 

Bu şəxslərin Ukraynadakı aktivləri on il müddətinə bloklanacaq.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi