Rusiya Xarici İşlər Nazirliyi Almaniya, Danimarka və İsveç səfirlərinə “Şimal axını”ndakı təxribatın araşdırılması ilə bağlı demarş elan edib.
Modern.az xəbər verir ki, Rusiya XİN-in yaydığı məlumata görə, “Şimal axını”nda fövqəladə vəziyyətin təhqiqatı zamanı rusiyalı mütəxəssislərin iştirakı olmasa, nəticələr Moskva tərəfindən qəbul edilməyəcək.
XİN-dən bildirilib ki, ABŞ-ın da “Şimal axını”ndakı təhqiqat işində iştirakına dair məlumatlar ortaya çıxıb.
Qeyd edək ki, son günlər ərzində “Şimal axını” boru kəmərində qaz sızması müşahidə olunub. Danimarka və İsveç sahillərində Rusiyaya məxsus “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində üç sızma olduğu bildirilib və gəmilərin əraziyə yaxınlaşmaması ilə bağlı xəbərdarlıq edilib. Hər iki ölkə sızmaların təsadüfi deyil, məqsədli şəkildə törədildiyini açıqlayıb.