Modern.az

İsrail İran PUA-ları haqda Ukraynaya kəşfiyyat məlumatları ötürüb 

İsrail İran PUA-ları haqda Ukraynaya kəşfiyyat məlumatları ötürüb 

Dünya

14 Oktyabr 2022, 00:19

İsrail Rusiya ordusunun istifadə etdiyi İran istehsalı pilotsuz uçuş aparatları (PUA) ilə bağlı kəşfiyyat məlumatlarını Ukraynaya ötürüb.

 

Modern.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti adı açıqlanmayan ukraynalı məmura istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, İsrailə məxsus özəl şirkət Rusiya qoşunlarının mövqelərinin peykdən çəkilmiş şəkillərini də Ukraynaya təqdim edib.

 

Mənbənin məlumatına görə, İsrail Ukraynaya hava hücumundan müdafiə sistemləri verməkdən imtina edir. Məqalə müəlliflərinin fikrincə, Təl-Əviv Rusiyanı Suriyada İsrailin aviazərbələrinə mane olmaq üçün təhrik etmək istəmir.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi