Ermənistan silahlı qüvvələrinin şəxsi heyətini və hərbi əmlakını daşıyan UAZ markalı avtomobil Cermuk istiqamətində tank əleyhinə minaya düşüb.
Modern.az xəbər verir ki, hadisə oktyabrın 14-ü günorta saatlarında baş verib.
Məlumata görə, mina həmin ərazidə ermənilər tərəfindən əvvəlcədən quraşdırılıbmış.
Partlayış nəticəsində erməni hərbi qulluqçuları arasında həlak olan və yaralananların olduğu bildirilir.